Azərbaycan Voleybol Federasiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan türkiyəli voleybol mütəxəssisi Şahin Çatma bu gün 15 yaşadək qızların məşqini izləyib. "Rekord.az" xəbər verir ki, azyaşlı voleybolçuların yetişməsində böyük təcrübəsi olan Ş.Çatma federasiyanın idman zalında baş tutan məşqdən sonra müəyyən etdiyi kriteriyalara uyğun gələn istedadlı voleybolçuların qeydiyyatını aparıb. Türkiyəli mütəxəssis bugünkü məşqləri analiz etdikdən sonra müvafiq seçimlər edəcək. 
Qeyd edək ki, bu məşq federasiyanın perspektivli yeniyetmə və gənc voleybolçuların  müəyyənləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində təşkil olunub.