Türkiyəli mütəxəssis rəsmən “Borussiya”da
- 29 Dek 2023 17:30
- 269
ürkiyənin "Antalyaspor" komandasında baş məşqçi postundan ayrılan Nuri Şahin karyerasına Almaniyanın "Borussiya" (Dortmund) klubunda davam edəcək.
Rekord.az Dortmund təmsilçisinin rəsmi "X" hesabına istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssis almaniyalı Sven Benderlə birlikdə baş məşqçi Edin Terziçin köməkçisi olacaq.
Armin Reuterşahn öz istəyi ilə Bundesliqa klubu ilə vidalaşıb.
Nuri Şahin futbolçu olduğu dönəmdə 2005-2011 və 2014-2018-ci illərdə "Borussiya"nın formasını geyinib.