Türkiyənin daha bir klubunda koronavirus aşkarlandı
- 27 Mar 2020 19:30
- 637
Türkiyənin “Kayserispor” klubunda koronavirus pandemiyasına yoluxma halı qeydə alınıb.
Rekord.az xəbər verir ki, klubun pandemiya üçün etdiyi testlərdə bir nəfərin virusa yoluxduğu məlum olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, nəticəsi müsbət çıxan şəxsin klubun işçisi olduğu bildirilib.
Daha əvvəl Türkiyənin “Fənərbaxça” və “Qalatasaray” klublarında da koronavirusa yoluxma halı açıqlanmışdı.