Türkiyənin məşhur gimnastı Bakıda “ustad dərsləri” keçəcək
- 04 Noy 2024 17:30
- 123
Türkiyənin məşhur gimnastı, idman gimnastikası üzrə dünya çempionatının (paralel qollarda) və fərdi çoxnövçülük üzrə Avropa çempionatının gümüş medalçısı Əhməd Öndər Bakıda "ustad dərsləri" keçəcək.
Rekord.az xəbər verir ki, tədbir dekabrın 6-da Milli Gimnastika Arenasında, bir gün sonra isə Heydər Əliyev adına İdman-Konsert Kompleksində gerçəkləşəcək. İlk olaraq klublar, ardınca isə Azərbaycan millisi üçün "ustad dərsləri" təşkil olunacaq.
İntensiv proqram zamanı iştirakçılar Əhməd Öndərin məşq metodikası, texnikası və dünya səviyyəsindəki təcrübələrindən faydalanacaq.
"Ustad dərsləri" həm gimnastlar, həm də bu sahəyə yeni başlayanlar üçün nəzərdə tutulub.