Türkiyənin olimpiadadakı bayraqdarı COVID-19 səbəbindən karantinə alındı
- 23 İyl 2021 12:00
- 654
Türkiyənin qadın voleybolçulardan ibarət millisinin üzvü Eda Erdem Yaponiyada karantinə alınıb. "Rekord.az" xəbər verir ki, buna səbəb koronavirusdur.
Türkiyə yığmasının Yaponiyaya səfəri zamanı təyyarədə koronavirus xəstəsi olduğundan kapitan Eda Erdem bir neçə komanda yoldaşı ilə birlikdə məcburi karantinə göndərilib. Olimpiya oyunlarında müəyyənləşdirilmiş təhlükəsizlik qaydalarına əsasən, karantində saxlanılan idmançılar açılış mərasimində iştirak edə bilməyəcəklər. Buna görə də, Eda Erdem mərasimdə bayraqdar missiyasını yerinə yetirə bilməyəcək.
Qeyd edək ki, Türkiyə bayrağını açılış mərasimində üzgüçülər Merve Tuncel və Berke Saka daşıyacaqlar.