Türkiyə millisinin sabiq üzvü, məşqçi Fatih Tekke, tanınmış mütəxəssis, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Metin Aktaş Azərbaycanda səfərdədirlər.


Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.


Onlar Bakıda “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olublar.


Qonaqlara Təlim-Məşq Mərkəzində yaradılmış şərait barədə məlumat verilib.