“Turnir cədvəlini düşünmürük”
- 13 Apr 2024 19:45
- 308
“Üç hissə ərzində meydançada gərgin mübarizə gedirdi”.
Rekord.az xəbər verir ki, bunu "NTD-İndiqo"nun baş məşqçisi Tahir Baxşıyev "Cəlilabad"a 108:87 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının 17-ci tur oyunu barədə danışarkən deyib.
Mütəxəssis rəqibin çox yaxşı komanda olduğunu bildirib: "Onların hələ də pley-off şansları var idi, ona görə də çətin matç gözləyirdik. Yalnız dördüncü hissədə qələbəni təmin edə bildik. Qriffin Remmi zədə səbəbindən oyunu buraxdı. Ona görə də birinci nömrə mövqeyi bir qədər zəifləmişdi. Zədəsi ciddi deyil, növbəti matça hazır olacaq".
Baxşıyev komandasının oyunundan razı qaldığını söyləyib: “Şəki” ilə son matçımız qalıb. Qələbə qazanmaq istəyirik. İndi turnir cədvəlini düşünmürük. Son turda "Sabah" "Xəzri" ilə qarşılaşır. Bu matçın nəticəsi kimin birinci, kimin üçüncü yerləri tutacağını müəyyənləşdirəcək".