Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib.

Rekord.az xəbər verir ki, turun açılış oyununda NTD və "Zirvə Astara" komandaları üz-üzə gəliblər.

"Sərhədçi" İdman Mərkəzində keçirilən matçdan öncə Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində həlak olmuş insanların xatirəsi hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.

Oyuna üstün başlayan NTD basketbolçuları yekunda parketdən 92:79 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular NTD-dan Londel Kinq (36 xal, 11 ribaund), "Zirvə Astara"dan isə Ruşard Kruikşenk (23 xal, 2 asist) olub.

Bu turun "Gəncə" - "AAAF Xırdalan", "Olimpik Şəki" - "Sərhədçi" və "Sabah" - "Neftçi” İK görüşləri müvafiq olaraq, 11, 12 və 13 fevralda keçiriləcək.