Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün 9-cu turunun ən yaxşı futbolçusu məlum olub.

Rekord.az xəbər verir ki, bu, “Neftçi”nin hücumçusu Baqali Dabodu. 

Fransız futbolçu “Sumqayıt”a qarşı görüşdə (4:2) 90 dəqiqə meydanda olub, iki qol vurub və komandasına penalti qazandırıb.