Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün 14-cü turunun ən yaxşı futbolçusu məlum olub.

Rekord.az xəbər verir ki, bu, 332 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintanadır. İspan futbolçu “Keşlə”yə qarşı görüşü (2:2) əvəz edilmədən keçirib və 1 qolla yadda qalıb.