Tuxel peşmançılığını dilə gətirdi: "O, getməməli idi"
- 28 İyn 2020 13:23
- 622
Fransanın PSJ klubunun baş məşqçisi Tomas Tuxel açıqlama verib.
Rekord.az xəbər verir ki, mütəxəssis, klubdan ayrılacağı dəqiqləşən Tanquy Kuassi barədə danışıb: “Bəzi futbolçuları itirdiyimiz üçün peşmanam. Tanquyu çox sevdiyim heç kimə sirr deyil. 17 yaşında ona güvənərək, Çempionlar Liqasında “Borussiya”ya (Dortmund) qarşı oynatdım.
O, ona olan inamımıza layiq idi. Bu klubda böyük gələcəyi vardı, bunu bilir. Klubdan ayrılması üçün doğru zaman deyildi. Ona çox inanırdım, böyük gözləntilərim vardı. O, komandadan getməməli idi. Bu hərəkətini anlamıram”.