Portuqaliya millisinin sabiq futbolçusu Tyaqo Mendeş baş məşqçiliyə başlayıb.

Rekord.az xəbər verir ki, 39 yaşlı sabiq yarımmüdafiəçi “Vitoriya” komandasını çalışdıracaq.

Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mendeşlə 2 illik müqavilə imzalanıb.

Mendeş futbolçu karyerasında “Çelsi”, “Atletiko”, “Yuventus”, “Lion” kimi klubların formasını geyinib. Sabiq yarımmüdafiəçi 66 dəfə də Portuqaliya millisində çıxış edib.