Fransa çempionu PSJ-dən ayrılan Tyaqo Silvanın yeni klubu müəyyənləşib.

Rekord.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Braziliyalı müdafiəçi ilə 1+1 illik müqavilə imzalandığı bildirilir.

Tyaqo Silva 2012-ci ildən PSJ-də çıxış edirdi. O, daha öncə “Milan”, “Fluminense”, “Portu”, “Yuventude” və “RS Futebol” klublarında da oynayıb.