15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 20-dən 28-dək Estoniyanın paytaxtı Tallində təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

Rekord.az xəbər verir ki, millimiz turnirdə üç oyun keçirəcək.

U-15 avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qeyd olunan turnirə hazırlıq məqsədilə millimiz avqustun 16-dan 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.

Hazırlıq prosesinə dəvət olunan futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

1. Tunar Mehdiyev - Sumqayıt
2. Rauf Əyyubov - Sabah
3. İmran Lətifov - EFA
4. Uğur Qurbanlı - Qarabağ
5. Toğrul Mehdizadə - Sabah
6. Səttar Tahirzadə - Neftçi
7. Rəşad Gülüşov - Leon
8. Kəmal Mustafazadə - Leon
9. Murad Əliyev - Kəpəz
10. Amil Abuşov - Sumqayıt
11. Nihad Şirinzadə - Sabah
12. Emil Məmmədov - Sabah
13. Allahverdi Şirinov - Qəbələ
14. Renat Muştakov - Sabah
15. Əli Bəşirov - Qarabağ
16. Məhəmməd Çodarov - Sabah
17. Nicat Kərimov - Sabah
18. Hüseyn Bayramov - Qarabağ
19. Samir Şərifov - Sabah
20. Pünhan Kərimov - Sumqayıt
21. Murad İbrahimli - Qarabağ
22. Polad Hüseynov - Qarabağ
23. Onur Əliyev - Qarabağ