16 yaşadək voleybolçu qızlardan ibarət yığma komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, komandamız bu gün qrup mərhələsində son görüşünü keçirib. 

Polşanın Debica şəhərində təşkil olunan yarışda B qrupunda yer alan millimiz Estoniya, Litva və Ukrayna yığmalarına qarşı mübarizə aparıb. Hər üç görüşdə məğlub olan komandamız yarışda mübarizəni dayandırıb. 

Qeyd edək ki, yarışda Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahibi olan Polşa komandası iştirak edir. “AVRO-2025”ə seçmə xarakteri daşıyan çempionat noyabrın 23-də başa çatacaq, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinə vəsiqə qazanacaq.


B qrupu 

20 noyabr 

   Azərbaycan - Estoniya 0:3 (21:25, 15:25, 19:25)

21 noyabr 

   Azərbaycan - Litva 0:3 (16:25, 11:25, 10:25)

22 noyabr

   Azərbaycan – Ukrayna 0:3 (11:25, 16:25, 19:25)