Bu gün 16 yaşadək (U-16) voleybolçu oğlanlar arasında Azərbaycan birinciliyinə start verilib. "Rekord.az" xəbər verir ki, Şirvan Olimpiya İdman Kompleksində təşkil olunan yarışın ilk günü birinciliyin açılış mərasimi keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Voleybol Federasiyasının (AVF) nümayəndələri və digər qonaqlar iştirak ediblər. 
Açılış mərasimində ilk olaraq torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Ardınca Şirvan şəhər icra hakiminin müavini Aynur Fərzəliyeva və Hacıqabul RVK-nun rəhbəri Şəhriyar Piriyev çıxış edərək hər kəsi salamlayıb, bütün komandalara uğurlar arzulayıblar. 
Sonra yarışda mübarizə aparan komandaların paradı baş tutub. AVF rəsmisi ölkə çempionatını açıq elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra dörd qarşılaşma keçirilib.

25 fevral 
Oyunların nəticəsi
“Murov Az Terminal-2” – “Hacıqabul RVK” (1:2)
“Murov Az Terminal-1” – “AZERRAIL” (0:2)
“Tovuz RVK” – “Sumqayıt RVK” (0:2)
“Gəncə RVK” – “Milli Aviasiya Akademiyası” (2:1)