
U-16 yığmamız bütün oyunlarda məğlub oldu
- 11:24
- 31
16 yaşadək voleybolçu oğlanlardan ibarət yığmamız Avropa çempionatının 2-ci təsnifat mərhələsində mübarizəni başa vurub. "Rekord.az" xəbər verir ki, komandamızın yarışda çıxışı uğursuz alınıb.
Aprelin 25-də İspaniyada start götürən yarışda B qrupunda yer alan millimiz meydan sahibi ilə yanaşı, Estoniya və Avstriya komandaları ilə qarşılaşıb. Komandamız hər üç görüşdə məğlub olub.
Qeyd edək ki, AVRO-2025-in ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparıb. Qruplarda ilk iki yeri tutan komandalar, həmçinin üçüncü yeri tutan ən yaxşı iki komanda qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Oyunların nəticəsi
B qrupu
25 aprel
Azərbaycan - Estoniya 0:3 (13-25, 14-25, 17-25)
26 aprel
Azərbaycan - İspaniya 0:3 (10-25, 13-25, 9-25)
27 aprel
Avstriya - Azərbaycan 3:1 (25:12, 25:17, 24:26, 25:16)