Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, yığma komanda Birinci Divizion təmsilçisi MOİK-lə qarşılaşıb. Oyun 2:1 hesabı ilə Divizion təmsilçisinin xeyrinə başa çatıb. U-17-nin heyətində Adəm Topalov fərqlənib.