Braziliyada keçirilən U-17-lərin dünya çempionatında yarımfinalçılar artıq məlumdur.

 

Rekord.az xəbər verir ki, dünən sonuncu 1/4 final oyunu keçirilib.

 

Qayana şəhərində oynanılan matçda İtaliya millisinə 2:0 hesabı ilə qalib gələn ev sahibi komanda finala çıxmaq uğrunda mübarizə aparacaq. Braziliyalıların yarımfinaldakı rəqibi 1/4-də ispanları darmadağın edən (6:1) Fransa olacaq.

 

Digər yarımfinal cütündə isə Meksika ilə Niderland qarşılaşacaq. Şimali amerikalılar 1/2-ə gedən yolda Cənubi Koreyadan üstün olubsa (1:0), Niderland Paraqvayı üstələyib - 4:1.

 

Yarımfinal görüşləri noyabrın 14-ü və 15-də keçiriləcək. Dünya çempionu adına isə bazar günü - noyabrın 17-də aydınlıq gələcək.