U-17-nin məşqçilər korpusunda yer alan Həbib Ağayev yığmadan ayrılıb.

Rekord.az xəbər verir ki, Ağayev U-17-nin baş məşqçisi Elxan Abdullayevin qərarına əsasən uzaqlaşdırlıb.

Baş məşqçinin hansı səbəbdən köməkçisini komandadan uzaqlaşdırdığını öyrənmək üçün Elxan bəylə əlaqə saxladıq. Abdullayevin məsələ ilə bağlı reaksiyası belə oldu:
 

“Həbib Ağayev mənim istəyimlə yığmadan kənarlaşdırılıb. Səbəb? Bu barədə açıqlama vermək istəmirəm. Bu, komandadaxili sirr kimi qalsın”. ("Futbol plus")