Çimərlik voleybolçularımız Avropa çempionatında iştirak edəcəklər. "Rekord.az" xəbər verir ki, çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandalarımız 18 yaşlıların (U-18) Avropa çempionatında güclərini sınayacaqlar.

Təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi Gürcüstanın Kaçreti şəhərinə yola düşüblər. 10-14 iyul tarixlərində baş tutacaq çempionatda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

Qeyd edək ki, oğlanlarımız mübarizəyə əsas mərhələdən, qızlarımız isə təsnifat mərhələsindən qoşulacaqlar.