U-18 komandamız bu dəfə Polşaya quru hesabla uduzdu
- 25 Noy 2023 16:16
- 247
Latviyada təşkil olunan gənc qızlar arasında EEVZA çempionatında ölkəmizi təmsil U-18 millimiz növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız Polşa kollektivi ilə görüşüb.
Qarşılaşma təcrübəli və güclü polşalı voleybolçuların üstünlüyü ilə keçib. 3 set davam edən matçda komandamız quru hesabla məğlub olub.
EEVZA U18 (qızlar)
CEV 2024 AVROPA ÇEMPİONATI (1-ci təsnifat mərhələsi)
24 noyabr
Polşa - Azərbaycan 3:0 (25:7, 25:10, 25:7)