U-21 millisi növbəti rəsmi oyunlarını da böyük ölçüdə Sumqayıtda keçirəcək.

Rekord.az xəbər verir ki, komandanın baş məşqçisi Milan Obradoviç bu istəklə bağlı AFFA rəhbərliyinə müraciət edib.

İş ondadır ki, olimpiyaçılarımız son seçmə mərhələ oyunlarını məhz “Kapital Bank Arena”da keçirdilər və nəticələr də uğurlu oldu. Burada azarkeş amili də rol oynadı ki, serbiyalı məşqçini də stimullaşadıran bu oldu. Çünki komanda ev oyunlarını Bakıda keçirəncə demək olar ki, boş tribunalar önündə oynayırdı.