Türkiyə, Belarus və Moldova yığmaları ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının Bakıda təşkil olunan hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü İsmayıl Zülfüqarlı (“Neftçi”) əsas milli komandanın Bakıda keçirilən məşqlərində iştirak edəcək.

Bundan əvvəl U-21-in üzvləri qapıçı Nicat Mehbalıyev (“Sabah”) və Vidadi Cəfərov (“Turan Tovuz”) əsas yığmanın məşqlərinə qoşulmuşdu.