Yomraspor"da işlərim yaxşı gedir. Oyunlara çıxıram. Azərbaycan klublarından təklif almamışam. Amma matçları izləyirlər".

Rekord.az xəbər verir ki, bunu apasport.az-a Azərbaycanın millisinin (U-21) futbolçusu Doğukan Öksüz deyib.

Yığmamızın aparıcı üzvü karyerasını ölkəmizdə davam etdirmək istədiyini etiraf edib. O, gələcək təklif əsasında qərar verəcək: "Azərbaycanda bütün klubların səviyyəsi yaxşıdır.

Premyer Liqanı izləyirəm. Yığmada komanda yoldaşlarım olan futbolçuların oyunlarına da baxıram. Azərbaycan klublarından təklif olarsa, hər şey şərtlərdən asılı olacaq. Yəni xidmətimdə maraqlı olsalar, dəyərləndirə bilərəm".