U-21-in Sumqayıtda oynamasını Obradoviç istəyib
- 17 Avq 2021 17:00
- 897
Xəbər verdiyimiz kimi, U-21 millimiz sentyabr ayındakı seçmə mərhələ oyunları çərçivəsindəki ev qarşılaşmalarını Sumqayıtdakı "Kapital Bank Arena"da keçirəcək.
Rekord.az xəbər verir ki, komandanın Sumqayıta getməsini şəxsən baş məşqçi Milan Obradoviç istəyib.
Çünki milli daha öncə ev oyunlarını Sumqayıtda keçirib və uğur qazanıb. Bundan başqa, Sumqayıtda oyunlara çoxlu azarkeşin gəlməsi də serbiyalı məşqçinin seçimində həlledici rol oynayıb.