Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti matçına çıxıb.

Rekord.az xəbər verir ki, AÇ-2021-in seçmə mərhələsində 2-ci qrupda yer alan Milan Obradoviçin yetirmələri Gürcüstanla üz-üzə gəlib.

Bakıda bu rəqibə 0:3 hesabı ilə uduzan yığmamız Qoridəki görüşə revanş üçün çıxıb. 3-cü yer uğrunda mübarizə aparan komandalar xal aktivlərini artırmağa çalışıblar. Yekunda meydan sahibləri minimal hesabla qələbə qazanıblar.

AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup

13 oktyabr

Gürcüstan – Azərbaycan 1:0
Qol: G.Quliaşvili, 42.
Baş hakim: Dmitri Dmitriyev (Belarus)
Qori. Tengiz Burjanadze stadionu

Gürcüstan: 1. Georgi Mamardaşvili, 3. Şalva Burcanadze, 4. Luka Lokoşvili, 5. Davit Koburi, 6. Beka Dartsmeliya, 8. Davit Samurkasovi (k), 9. Nuqzar Spanderaşvili, 11. Georgi Quliaşvili, 14. Georgi Kutsiya, 18. Luka Silaqadze, 21. Luka Lakvexeliani.
Ehtiyat oyunçular: 12. Davit Kereselidze, 7. Anzor Mekvabişvili, 13. İva Gelaşvili, 15. Aleksandre Andronikaşvili, 17. Tornike Dzebniauri, 19. İrakli Azarov, 20. Sergo Kuxianidze, 22. İrakli Zaridze.
Baş məşqçi: Vasil Maysuradze.
Azərbaycan: 12. Kamran İbrahimov, 5. Nihad Tamazov (k), 6. Rüfət Əhmədov, 7. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 13. Rauf Hüseynli, 16. Turan Vəlizadə, 18. Barış Ekincier, 19. Doğukan Öksüz, 21. Emre Kaplan, 23. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 2. Hüseyn Seyliqli, 4. Mert Çelik, 9. Mustafa Yıldırım, 10. Rövlan Muradov, 11. Elvin Cəfərquliyev, 14. İdris İnqilablı, 17. Tural Bayramov, 20. Rüfət Abdullazadə.
Məşqçi: Vladimir Kozul.