
U-21 millimizin oyununun vaxtı və məkanı dəqiqləşdi
- 26 May 2023 14:45
- 337
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 20-də Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyin oyunun başlama saatı müəyyələşib.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.
Qeyd edək ki, millimiz bu oyundan əvvəl iyunun 17-də İstanbulda Türkiyənin U-21 yığması ilə qarşılaşacaq.