Samir Əliyev ilin sonunda U-21-in baş məşqçisi postundan rəsmən ayrılır.

Rekord.az xəbər verir ki, onunla başa çatan müqavilənin müddəti uzadılmayacaq.

Onun yerinə isə böyük ehtimalla əcnəbi məşqçi təyin olunacaq. Saytımıza daxil olan məlumata görə, hazırda bu istiqamətdə müqəyyən işlərə start verilib, bəzi əcnəbilərin namizədliyi gözdən keçirilir. Hətta xorvatiyalı bir məşqçi ilə ilkin dialoq da qurulub.