Üç cüdoçumuz Avropa çempionu oldu
- 17 Avq 2021 21:42
- 654
Latviyanın paytaxtı Riqa şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.
Rekord.az xəbər verir ki, mötəbər yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.
Cüdoçularımız Avropa birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Xəyal Həsənov (50 kq), İslam Rəhimov və Aydan Vəliyeva bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Aydın Rzayev (60 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Daha iki cüdoçumuz, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, cüdoçumuz İslam Rəhimov finalda Rusiyanı təmsil edən erməni əsilli idmançı Samvel Mxitaryanı məğlub edərək Riqada üçrəngli bayrağımızı dalğalandırıb, dövlət himnimizi səsləndirib.
Nüfuzlu yarışda qitənin 37 ölkəsindən olan idmançılar mübarizə aparırlar. Milli komandamız Avropa birinciliyində 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunur.