Üç futbolçuda koronavirus aşkarlandı – MLS-də
- 21 İyn 2020 20:30
- 542
ABŞ-ın futbol üzrə yüksək liqasında (MLS) mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
Rekord.az xəbər verir ki, testlərdən üçünün nəticəsi müsbət çıxıb.
Onların hər üçünün futbolçu olduğu bildirilir. Belə ki, “Atlanta Yunayted”də iki, “İnter Mayami”də isə bir futbolçunun analizi müsbət nəticə verib. Bu barədə sözügedən klubların rəsmi saytı məlumat yayıb.
Koronavirus aşkarlanan futbolçuların hər biri karantinə alınıb. Onlarda pandemiyanın hansısa simptomlarına rast gəlinmədiyi bildirilir.
Mart ayından etibarən dayandırılan MLS-də iştirakçı komandalar iyulun 8-də fərqli formatda təşkil olunacaq turnirdə mübarizə aparacaqlar.