Üç futbolçuda koronavirus aşkarlandı - Super Liqa klubunda
- 14 Okt 2020 11:20
- 556
Türkiyənin “Hatayspor” klubunun kollektivi koronavirus testindən keçirilib.
Rekord.az xəbər verir ki, analizlər nəticəsində üç futbolçuda koronavirus aşkarlanıb.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onların adı açıqlanmayıb. Hər üç futbolçu karantinə alınıb.
Qeyd edək ki, Super Liqanın debütantı olan “Hatayspor” geridə qalan 4 turda 7 xal toplayıb və 7-ci sırada qərarlaşıb.