Üç güləşçimiz DÇ-dən medalla qayıtdı
- 14 Okt 2019 16:43
- 970
Oktyabrın 8-dən 13-dək Gürcüstanın paytaxtı Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib.
Rekord.az xəbər verir ki, mundialda 3 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb. Müxtəlif yaş qruplarında Məmməd Əliyev (78 kq) və Musa Mirzəyev (130 kq) gümüş, Rövşən İsmayılxanlı (130 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, milli dərəcəli hakimlərimizdən Xəyal Əliyev və Eldar Məmmədov yarışda ədaləti qoruyub. Onlar beynəlxalq dərəcə almaq üçün imtahandan da keçib.