"Üç ildir ki, istefaya göndəriləcəyimi deyirlər"
- 07 Noy 2021 13:05
- 325
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer istefaya göndəriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Rekord.az xəbər verir ki, norveçli mütəxəssis Britaniya mətbuatına açıqlamasında söyləyib:
“Mən bura gələndən belə iddialar var. Üç ildir ki, göndəriləcəyimlə bağlı şayiələr yayılır. “Mançester Yunayted”də çalışırsızsa, işinizin çətin olduğunu bilməlisiz”.
Qeyd edək ki, Sulşerin “Mançester Yunayted”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.