Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

Rekord.az xəbər verir ki, beşinci yarış günündə 57, 70, 74, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

İslam Bazarqanov debütdə Ukrayna güləşçisinə məğlub olub. 

Gitinoməhəmməd Hacıyev ilk görüşdə Küveyt idmançısına çətinlik çəkmədən qalib gəlib. 1/4 finalda isə türk həmkarına uduzub. Rəqib finala yüksəldiyi üçün Hacıyev dekabrın 17-də təsəlliverici görüşə çıxıb. Rumıniyadan olan həmkarını üstələyən Gitinoməhəmməd bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Ancaq həlledici qarşılaşmada qırğız rəqibinə minimal fərqlə uduzaraq 5-ci yerlə kifayətlənib.

Hacımurad Məhəmmədsəidov debütdə yerli pəhləvanı elə ilk hissədə xalçadan məyus yola salıb. Daha sonra ispan rəqibinə qalib gələn yığmamızın üzvü yarımfinala yüksəlib. Finalın bir addımlığında Moldova güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdə xalların keyfiyyətinə görə məğlub olan Hacımurad dekabrın 17-də bürünc medal üçün xalçaya çıxıb və türkiyəli rəqibinə də uduzub.

Camaləddin Məhəmmədov ilk görüşdə Türkiyə təmsilçisinə qalib gəlib. Ancaq daha sonra Polşa güləşçisinə yenilib. Rəqibin finala yüksəlməsi Məhəmmədova dekabrın 17-də təsəlliverici görüşə çıxmaq şansı verib. Təcrübəli güləşçimiz vaxtından əvvəl argentinalı güləşçini məğlubiyyətə uğradaraq bürünc medal görüşünə vəsiqə qazanıb. Ancaq qırğızıstan güləşçisinə məğlub olub.

57 kq
1/8 final: İslam Bazarqanov - Andrey Yatsenko (UKR) 2:5

70 kq
1/8 final: Gitinoməhəmməd Hacıyev - Mohammed Abdulkərim (KUW) 10:0
1/4 final: Gitinoməhəmməd Hacıyev - Haydar Yavuz (TUR) 0:6
Təsəlliverici görüş: Gitinoməhəmməd Hacıyev - Georgi Bukur (ROU) 8:0
Bürünc medal görüşü: Gitinoməhəmməd Hacıyev - İslambek Orozbekov (KGZ) 5:6

92 kq
Təsnifat: Hacımurad Məhəmmədsəidov - Strahinya Despiç (SRB) 11:0
1/4 final: Hacımurad Məhəmmədsəidov - Alexandro Pankorbo (ESP) 5:2
1/2 final: Hacımurad Məhəmmədsəidov - Georgi Rubayev (MDA) 5:5*
Bürünc medal görüşü: Hacımurad Məhəmmədsəidov - Erhan Yaylacı (TUR) 2:4


125 kq
1/8 final: Camaləddin Məhəmmədov - Oktay Güngör (TUR) 4:2
1/4 final: Camaləddin Məhəmmədov - Robert Baran (POL) 0:4
Təsəlliverici görüş: Camaləddin Məhəmmədov - Katriel Muriel (ARG) 10:0
Bürünc medal görüşü: Camaləddin Məhəmmədov - Ayal Lazaryov (KGZ) 0:11