Azərbaycanda yarasız vəziyyətdə olan stadionlardan biri də Ucar stadionudur.

Rekord.az xəbər verir ki, 1982-ci ildə istifadəyə verilən stadion hazırda tamamilə yararsız vəziyyətdədir.

Meydança bütünlüklə şoranlaşıb və orada futbol oynamaq mümkün deyil. Tribunalar uçulub-dağılıb. Soyunub-geyinmə otaqlarından isə danışmağına dəyməz. Rayonun gənclər və idman idarəsindən verilən məlumata görə isə, 2023-cü ildə olmasa da, 2024-cü ildə stadionun plana salındığı və təmir olunacağı gözlənilir.