“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 24-cü turunun “Turan Tovuz”la səfər görüşündən sonra fikirlərini paylaşıb.

Rekord.az xəbər verir ki, monteneqrolu mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

“Azarkeşlər üçün çox maraqlı oyun oldu. Həm bizim, həm də rəqibin yaxşı epizodları var idi. İlk və ikinci hissənin əvvəlində daha yaxşı çıxış etdik. Qol vurduqdan sonra oyunumuzda problemlər yarandı. Rəqib təzyiq etməyə başladı və bir neçə qol epizodları oldu. "Turan Tovuz" qələbə qazana da bilərdi. İstədiyimiz bütün əvəzetmələri etmişdik. Dəyişiklik limitimiz dolmuşdu. 

Qarşımıza ikinci yeri tutmaq hədəfi qoyulub. Hər şey istədiyimiz kimi getsə, bu heyətlə hədəfə çata bilərik”.