UEFA AÇ-2020-nin rəmzi komandasını açıqlayıb.

Rekord.az xəbər verir ki, rəmzi heyətdə çempion İtaliya millisindən beş futbolçu yer alıb.

Finalda İtaliyaya penaltilərlə uduzan İngiltərə yığmasından isə üç futbolçu rəmzi heyətə düşüb.

Digər 3 futbolçu isə Danimarka, Belçika və İspaniya yığmalarının üzvləridir.

Qapıçı: Canluici Donnarumma (İtaliya);

Müdafiəçilər: Kayl Uolker, Harri Maquayr (hər ikisi İngiltərə), Leonardo Bonuççi, Leonardo Spinatsola (hər ikisi İtaliya);

Yarımmüdafiəçilər: Jorjinyo, Federiko Kyeza (hər ikisi İtaliya), Pyer-Emil Heyberq (Danimarka);

Hücumçular: Romelu Lukaku (Belçika), Rahim Sterlinq (İngiltərə).