UEFA milli assosiasiyalara avrokubokların 2020/21 mövsümünün iştirakçılarının siyahısını təqdim etmək üçün avqustun 3-dək vaxt verib.

Rekord.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında belə qərar qəbul olunub.

Bundan başqa, avrokuboklarda yeni mövsümün təsnifat mərhələləri bir oyundan ibarət olmasına, meydan sahiblərinin püşklə müəyyənləşməsinə qərar verilib. İcraiyyə Komitəsi növbəti mövsümün təqvimini də təsdiqləyib.

Qeyd edək ki, sabah UEFA İcraiyyə Komitəsinin daha bir iclası keçiriləcək. Bu toplantıda isə DÇ-2022-nin seçmə mərhələsinin püşkatma proseduru, klub lisenziyalaşması və Maliyyə Feyr-Pleyi qaydaları müzakirə ediləcək.

Sabah AFFA İcraiyyə Komitəsinin də videokonfrans formatında iclası keçirəcək. İclasda Azərbaycan Premyer Liqasının bərpa məsələsinə baxılacaq.