UEFA böyük ehtimalla Avro-2020-ni təxirə salacaq.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, qitənin futbol qurumu turnirin daşıyıcı firmalarından işləri dayandırmağı, onlardan gələn yay üçün planlar hazırlamağı xahiş edib.

Qeyd edək ki, koronavirus səbəbindən belə bir rəsmi qərarın martın 17-də elan olunacağı bildirilir.

Xatırladaq ki, Avro-2020 iyun-iyul aylarında Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməlidir.