Çempionlar Liqası və Avropa Liqasında 5 əvəzetmə qaydası 2020/2021 mövsümündə də tətbiq olunacaq.

Rekord.az xəbər verir ki, qitə futbol qurumu qaydanı qüvvədə saxlamağı məqsədəuyğun hesab edib.

Qərarın İcraiyyə Komitəsinin sabahkı iclasında təsdiqlənəcəyi bildirilib.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) bu ilin mayında FIFA-nın koronavirus pandemiyası səbəbindən oyunlar zamanı əvəzetmə sayının müvvəqqəti olaraq artırılması təklifini təsdiqləyib.