UEFA 2021-ci ildə İngiltərədə keçirilməsi planlaşdırılan qadınlar arasında Avropa çempionatını təxirə salıb.

Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, qitə birinciliyinin təxirə salınması barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib. Qərara əsasən, AÇ-2021 2022-ci ildə, 6-31 iyul aralığında baş tutacaq.