UEFA Niderlandın “Ayaks” klubunu cəzalandırıb.

Rekord.az xəbər verir ki, buna Amsterdam təmsilçisinin fanatlarının Avropa Liqasının 1/16 final mərhələsinin “Xetafe” ilə İspaniyadakı ilk matçında qeyri-etik davranışları səbəb 1olub. UEFA “Ayaks”a 53 min 250 avro pul cəriməsi tətbiq edib.

“Ayaks” azarkeşləri komandalarının 0:2 hesabıyla məğlub olduğu oyunda meydana yad əşyalar atıb, tribunanın oturacaqlarını sındırıb.

“Ayaks” klubu rəsmi saytı vasitəsilə bu cəzanın veilməsində məsuliyyət daşıyan fanatları müəyyən edib, onlara qarşı müvafiq prosedurlara başlayacaqlarını bildirib.