UEFA koronavirus pandemiyasına görə ciddi problemlərlə üzləşən Avropa klublarına maliyyə yardımı edəcək. 

Rekord.az xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib. 

Qərara əsasən, UEFA bayrağı altındakı yarışlara qatılan 55 milli asssosiasiyanın 676 klubuna 70 milyon avro ödəniləcək.