UEFA İcraiyyə Komitəsi 2020/2021 mövsümündə avrokuboklarda iştirak edəcək futbolçuların qeydiyyatı üçün son tarixi açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Yeni mövsümdə avrokuboklarda iştirak edəcək futbolçuların qeydiyyatı üçün son tarix 6 oktyabr müəyyən edilib. UEFA bütün milli assosiasiyaları yay transfer pəncərəsi dövrünü oktyabrın 5-də başa çatdırmağa çağırıb.

Yeni mövsümdə Azərbaycanı Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “Keşlə”, “Neftçi” və “Sumqayıt” təmsil edəcək.