UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi
- 03 Dek 2020 22:00
- 627
Azərbaycan artıq UEFA-nın bayrağı altında təşkil olunan oyunlara ev sahibliyi edə biləcək.
Rekord.az xəbər verir ki, UEFA-nın İcraiyyə Komitəsi Vətən Müharibəsi zamanı beynəlxalq matçların ölkəmizdə keçirilməsinə qoyulan qadağanı ləğv edib.
Bu addım noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb.
Qeyd edək ki, qərar Azərbaycanla yanaşı, Ermənistana da şamil edilib.