UEFA Azərbaycanda işləmiş məşqçinin komandasını sərt cəzalandırdı
- 25 Dek 2019 13:45
- 705
UEFA Qazaxıstanın "Ordabası" klubunu cəzalandırıb.
Rekord.az xəbər verir ki, qurum maliyyə "fair play" qaydalarına əməl etməyən klubu 2020/2021 və 2021/2022 mövsümündə avrokuboklarda iştirak etməsinə qadağa qoyub. Klub eyni zamanda 100 min avro cərimələnib.
Şimkənt təmsilçisi gələn il yanvarın 31-dək borcları ödədiyini sübut edə bilsə, cəzadan xilas olacaq.
Xatırladaq ki, "Ordabası"nın baş məşqçisi 2009-2015-ci illərdə "İnter"i (hazırkı "Keşlə) çalışdırmış Kaxaber Sxadadzedir.