Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə "Neftçi", "Qəbələ" və "Zirə" üçün UEFA-dan ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”yə 100 000 avro, “Qəbələ” və “Zirə”yə isə ayrılıqda 450 000 avro ödənilib.

Xatırladaq ki, "Qəbələ" və "Zirə" mübarizəni 2-ci təsnifat mərhələsində dayandırıb. "Neftçi" isə avrokuboklarla 3-cü raundda vidalaşıb.