2018/19-cu il mövsümündə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərində iştiraka görə UEFA tərəfindən ayrılmış 85280.00 avro vəsait AFFA-nın vasitəsilə Premyer Liqa klublarının hesabına köçürülüb.


Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ” klubuna 51920 avro ödəniş edilib. “Neftçi”, “Qəbələ” və “Keşlə”nin hesabına isə 11120 avro köçürülüb.

 
Qeyd: “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.