Stadion problemi ilə üzləşən "Qarabağ" Konfrans Liqasının oyunları üçün "Azərsun Arena"nı təklif edib. Hansı ki, komanda Premyer Liqadakı ev oyunlarını burada keçirir. Lakin UEFA arena haqda ümumi təhlil aparandan sonra ağdamlılara "yox" deyib.

Rekord.az xəbər verir ki, "Azərsun Arena"nın əsas problemi avtomobillərin parklanması üçün ərazinin olmamasıdır.

Çünki beynəlxalq oyunlar üçün parklanma sahəsinin olması mütləqdi. Suraxanıdakı stadionda belə bir yerin mövcud olmaması "Qarabağ"ın ziyanına işləyib. Nəticədə komanda ilk turda "Bazel"i BOS-da qəbul edəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respubliak stadionunun qazonu yararsız vəziyyətdə olduğunda orada oyun keçirmək hələ ki, mümkün deyil.